Ələkbər Gərəkməzli
Ulu Borçalı

Ələkbər Gərəkməzli



Gərəkməzli Ələkbər Qulu oğlu

(1933-1982)
Gürcüstanın dövlət və ictimai-siyasi xadimi.
 
== Həyatı ==

Gərəkməzli Ələkbər Qulu oğlu 1933-cü ildə Gürcüstanın Borçalı mahalının (indiki Marneuli rayonunun) Sarvan kəndində Qulu kişi və Gövhər xanımın ailəsində  anadan olub. Atası Qulu Qasım oğlu 1905-ci ildə anadan olub, Böyük Vətən müharibəsində iştirak etmiş, yaralandığına görə 20.09.1942-ci ildə ordudan tərxis edilib, müharibədən qayıtdıqdan sonra ticarət sahəsində çalışmışdır. 

Qulunun atası Qasım, anası Güllü olub. Qulunun Məmmədhüseyn və Alməmməd adında qardaşları, Səlimə və Səlmi adında bacıları varmış.
Məmmədhüseyn Sarvan və Qızılhacılı kəndlərində kənd sovetlərinin sədri işləyib. 1949-cu ildə vəfat edib. Məmmədhüseynin övladları - Cahan, Vahid, Tofiq, Abidə, Validə, Ceyrandır. 
Kiçik qardaşı Alməmməd 1911-ci ildə anadan olub, müharibədə iştirak edib, yaralandığına görə 10.12.1944-cü ildə ordudan tərxis edilmiş və bundan sonra ömrünün axırına qədər Sarvanda  kolxozda fermada işləyib. Bir oğlu olub, sonradan Rusiyaya köçüb və onunla əlaqə kəsilib. 

Gövhərin atası Rüstəm 1920-ci illərdə vəfat edib, anası da Rüstəmdən bir il sonra rəhmətə gedib. Gövhərin qardaşları – İsmayıl, Azad, Süleyman olub.

Gövhər xanımın xalası Güləmbərlə Şahsənəmin həyat yoldaşı Abbas Hacıyevin ana tərəfdən nənəsi Yetər Cümbül qızı qohumdurlar, xalaqızıdırlar. Yetər Cümbül qızı isə ata tərəfdən Sarvanın Mustafalılar nəslindəndir, məşhur yazıçı Abdulla Şaiqin qohumudur.

Zəhmətkeş və ağsaqqal adam olan Qulu kişi və bütün Sarvanın xeyirxah, qayğıkeş, qonaqpərvər insan kimi tanıdığı həyat yoldaşı Gövhər xanım iki oğul, yeddi qız böyütmüşlər. Onların Ələkbər, Mehman adlı oğulları, Mileylə, Rüxsarə, Pompul, Şahsənəm, Abayat, Bilqeyis, Minayə adında qızları olmuşdur.



Qulu kişi və Gövhər ana


Qulu kişi və qızları Mileyla və Rüxsarə
Ələkbərin kiçik qardaşı Mehman idmanla məşğul olmuş, Bakıda ali təhsil almış, Sarvanda ticarət sahəsində çalışmışdır. Mehmanın Azad, Elçin, Azər adında övladları olub. Azər və Azad gənc yaşlarında xəstəlikdən vəfat edib.
                        
                             



Mehman Gərəkməzli

Gərəkməzli Ələkbər Sarvanda orta məktəbi bitirdikdən sonra Rusiyada, Çelyabinsk şəhərində ali təhsil alıb və mühəndis ixtisasına yiyələnib.
                                                  


Artıq tələbəlik illərindən özünü istedadlı mühəndis və məsuliyyətli təşkilatçı kimi göstərmişdir. İnstitutu bitirdiyi 1956-cı ildən təhsil aldığı Çelyabinsk vilayətində əmək fəaliyyətinə başlamışdır. Çox cavan vaxtında, 23 yaşında bu vilayətin böyük bir tikinti müəssisəsinin rəhbəri olmuş, bu mötəbər vəzifədə müvəffəqiyyətlə işləmişdir.

1958-ci ildə Borçalıya qayıtmış, müxtəlif məsul vəzifələrdə - tikinti və təsərrüfat idarələrində və dövlət qulluğunda çalışmışdır.

Savadlı və səriştəli mütəxəssis, mərd və məğrur insan, etibarlı dost və vətənpərvər ziyalı olan Gərəkməzli Ələkbər bütün fəaliyyəti boyu Marneuli rayonunun iqtisadi inkişafı, azərbaycanlı əhalinin mənafeyi uğrunda əzmlə çalışmış, əqidəsinə sadiq vətəndaş və tələbkar rəhbər kimi bütün Gürcüstanda tanınmışdır.

Ələkbər Gərəkməzlinin və xeyirxah insan, qayğıkeş ana olan həyat yoldaşı Zabitə Gərəkməzlinin ailəsi qonaqpərvərliyi, qohumcanlığı, səxavəti ilə seçilib, onlar Fəxrəddin, İradə, Təranə, Yeganə adlı layiqli övladlar böyütmüşlər.

== Fəaliyyəti ==

Gərəkməzli Ələkbər əmək fəaliyyətinə hələ tələbəlik illərindən başlamışdır. İstedad və bacarığı sayəsində gənc yaşlarından, Rusiyanın Çelyabinsk şəhərində İnstitutu bitirdiyi 1956-cı ildən başlayaraq 1958-ci ilədək Çelyabinsk vilayətinin Aşa şəhərində tikinti trestinin rəisi kimi məsuliyyətli vəzifədə uğurla çalışmışdır. Onun rəhbərliyi dövründə bu müəssisə vilayətin qabaqcıl təşkilatları sırasına çıxmış, bir sıra mükafatlarla təltif olumuşdur.

1958-ci ildə öz arzusu ilə doğma vətəni Borçalıya qayıdan Gərəkməzli Ələkbər Marneuli rayonunda müxtəlif vəzifələrdə, əsasən təmir-tikinti və təsərrüfat sahələrində işləmişdir.

Rayon təmir-tikinti kontorunun mühəndisi, kolxozlararası tikinti idarəsində baş mühəndis, kənd tikinti trestində iş icraçısı, rayon kommunal təsərrüfatı və rayon taxıl tədarükü idarələrində tikinti mühəndisi işləmişdir.

1974-1977-ci illərdə Marneuli Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Bu dövrdə Sarvanın kommunal infrastrukturunun və şəhər təsərrüfatının inkişafı, həmyerlilərimizin işlə təmin olunması, milli mədəniyyətimizin və təhsilimizin tərəqqisi üçün fədakarlıqla çalışmışdır.

1977-ci ildən 1979-cu ilədək Gürcüstan Şaxta-tikinti birliyinin (“Qruzşaxtastroy”) 7 saylı trestində sex rəisi olmuşdur. 1979-cu ildən ömrünün sonunadək Marneuli Təsərrüfatlararası Kənd Mənzil-kommunal Birliyinin rəisi vəzifəsində işləmişdir. Bu Birliyi faktiki olaraq yenidən qurmuş, güclü müəssisəyə çevirmiş, Rusiya və digər ölkələrin tikinti-təsərrüfat idarələri ilə geniş əlaqələr yaratmışdır.  

Lakin vaxtsız əcəl Borçalının və bütün Gürcüstanın nüfuzlu şəxsiyyətlərindən olan Gərəkməzli Ələkbərin həyat və fəaliyyətinə, gələcək planlarına son qoymuşdur.
1982-ci ildə qəfil qəza nəticəsində vəfat etmişdir.
Övladları: Fəxrəddin, İradə, Təranə, Yeganə.

== Mükafatları ==

1962-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş Gərəkməzli Ələkbərin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Əmək rəşadətinə görə”Lenin yubiley medalları, fəxri fərmanlarla təltif olunmuşdur.
                                                





Qardaşı Mehman oğlu Azadla








Abbas və Şahsənəm



Qurban, Nəzakətin atası















Vaqifin atası Paşa Bayramov, Böyük Vətən Müharibəsi iştirakçısı

  Bacısı Mileyla və həyat yoldaşı Paşa Bayramov

Mileyla Gərəkməzli














ŞƏKİLLƏRİN DAVAMI - FOTOLAR SƏHİFƏSİNDƏ
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol